14:53
(077) 610-22-33

8 Martda sevgilisi ilə dalaşdı, özünü pəncərədən atdı - VİDEO

  • >
3 817 9 Mart 2015 09:35 | Region

Sevgilisi ilə dalaşan gənc qadın pəncərədən yıxılıb. ANS-in məlumatına görə, hadisə Türkiyənin İzmir şəhərində martın 7-dən 8-ə keçən gecə saat 4 radələrində baş verib.


Gənc qadın sevgilisi ilə dalaşdığı üçün pəncərəyə çıxaraq intihar etmək istəyib. Ayağı sürüşən qadını sevgilisi tuta bilib. Lakin qadın bir müddət pəncərədən asılı qalandan sonra özünü saxlaya bilməyib və gücü tükənərək 3-cü mərtəbədən yıxılıb. Ağır yaralanan qadın xəstəxanaya aparılıb. İçkili olduğu iddia edilən qadın pəncərədən asılı olan vaxt hadisəni görənlər polisə xəbər veriblər. Bir nəfər isə ona kömək etmək üçün binanın divarı ilə yuxarı dırmaşıb.

Lakin adam çatan anda qadın özünü saxlaya bilməyib və düşüb. Polis hadisə ilə əlaqədar araşdırma aparır.

Bağla X