Rusiya prezidenti Vladimir Putin Çeçenistan Respublikasının başçısı Ramzan Kadırova “Şərəf” ordeni verib. Rusiya prezidenti Vladimir Putin Çeçenistan Respublikasının başçısı Ramzan Kadırova “Şərəf” ordeni verib.

Putin Kadırova “Şərəf” ordeni verdi – SƏBƏB

Rusiya prezidenti Vladimir Putin Çeçenistan Respublikasının başçısı Ramzan Kadırova “Şərəf” ordeni verib.



AzNews.az xəbər verir ki, bu haqda məlumat Rusiya prezidentinin saytında yer alıb.
Orden Kadırova əmək nailiyyətlərinə, fəal ictimai fəaliyyətinə və çoxillik vicdanlı işinə görə verilib.

Ramzan Əhmədoğlu Kadırov 1976-cı il oktyabr ayının 5-də Çeçenistanın Tsentoroi şəhərində anadan olub.
Çeçenistan Respublikasının ikinci dövlət başçısı Əli Əhmədovun ölümündən sonra Vladimir Putinin dəstəyi ilə Çeçenistan Respublikasının dövlət başçısı seçilib.
Dövlət başçısı olmazdan öncə baş nazirlik vəzifəsini də icra edib. Birinci rus - çeçen müharibəsində o, atası Əhməd Kadırovla ruslara qarşı müqavimət göstərib, ikinci rus - çeçen müharibəsində isə rusların yanında olub.
Bu addımına görə Ramzan Kadırov 2004-cü ildə Vladimir Putin tərəfindən medal alıb.