Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın hərbi cəhətdən Ermənistandan güclü olması faktını etiraf edib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın hərbi cəhətdən Ermənistandan güclü olması faktını etiraf edib.

Nalbandyan Azərbaycanın hərbi gücünü etiraf etdi – 5 milyard dollar

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın hərbi cəhətdən Ermənistandan güclü olması faktını etiraf edib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi Edvard Nalbandyana istinadən yayıb.

Sloveniyanın "Delo" qəzetinə müsahibə verən diplomat deyib ki, son 10 il ərzində Azərbaycan öz hərbi xərclərini 163 milyon dollardan 5 milyard dollara qədər artırıb: "Dünya ölkələri sırasında Azərbaycan kimi öz hərbi xərclərini 30 dəfə artıran 2-ci ölkəyə rast gəlmək qeyri-mümkündür. Ancaq bir şey bəllidir ki, bütün müharibələrin sonu danışıq masası ətrafında qurtarır. Bu gün ATƏT-in Minsk Qrupu bu yönümdə öz fəaliyyətini davam etdirir. ABŞ, Rusiya və Fransadan olan həmsədrlər dəfələrlə bu münaqişənin sülh yolu tənzimlənməsinin vacibliyini vurğulayıblar. Ermənistan da sülh danışıqlarının əldə edilməsinə çalışır".