İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 11-i uşaq olmaqla 16 İndoneziya vətəndaşı Türkiyə sərhədçiləri tərəfindən saxlanılıb. İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 11-i uşaq olmaqla 16 İndoneziya vətəndaşı Türkiyə sərhədçiləri tərəfindən saxlanılıb.

İŞİD-ə qoşulmaq istəyən 11 uşaq sərhəddə saxlanıldı

İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 11-i uşaq olmaqla 16 İndoneziya vətəndaşı Türkiyə sərhədçiləri tərəfindən saxlanılıb.


Onlar ilkin ifadələrində İŞİD tərəfindən özlərinə adambaşı 10 min dollar vəd edildiyini bildirib.

Qaziantep Təhlükəsizlik İdarəsinin əcnəbilər şöbəsində aparılan araşdırma zamanı məlum olub ki, indoneziyalılarla İŞİD terrorçuları internetlə əlaqə saxlayıb və onların Suriyaya getməsi razılaşdırılıb. İndoneziya vətəndaşları turizm şirkətləri vasitəsi ilə Türkiyəyə gələrək İstanbulda oteldə gecələyiblər. Səhər isə turizm şirkətinin əməkdaşlarına xəbər vermədən Qazientepə gəlir və oradan mikroavtobusla Suriyaya keçməyə cəhd edirlər.

Əməliyyat məlumatı əsasında hərəkətə keçən Türkiyə hüquq-mühafizə orqanları avtobusdakı 2 kişi, 3 qadın və 11 uşaqdan ibarət olan indoneziyalıları saxlayır. Onlar vətənlərində maddi çətinlik çəkdiyi səbəbindən İŞİD-ə qoşulmaq istədiyini deyiblər.

İndoneziya vətəndaşlarının Türkiyədən vətənlərinə geri göndəriləcəyi gözlənilir.