"Rusiyanın ucqar regionlarında benzinin və dizel yanacağının qiyməti iki dəfə azala bilər". "Rusiyanın ucqar regionlarında benzinin və dizel yanacağının qiyməti iki dəfə azala bilər".

Benzinin qiyməti 2 dəfə ucuzlaşacaq- Rusiyada

"Rusiyanın ucqar regionlarında benzinin və dizel yanacağının qiyməti iki dəfə azala bilər".


ANS PRESS-in məlumatına görə, bu haqda Dövlət Dumasına daxil olan qanun layihəsində qeyd edilib.

Qanunda vurğulanıb ki, regional hakimiyyət orqanlarına yanacaq doldurma məntəqələrinə subsudiya vermək hüququnu qaytarmaq lazımdır.

Qanun layihəsinin müəllifləri benzinin çox yüksək qiymətlərə satıldığını bildirib. Bu vəziyyəti dəyişdirmək üçün regional büdcədən maddi yardımlar ayrılacaq və təşkilatlara, fərdi sahibkarlara veriləcək.

Bu dotasiyaların əvvəllər də olduğu bildirilib. Hazırda Rusiyanın ucqar rayonlarında benzinin bir litrinin 78 rubl olduğu, Moskvada isə bu qiymətinin 36 rubl olduğu deyilir. "Subsidiyaların verilməsi benzinin qiymətində nəzərəçarpacaq dərəcədə azalmaya səbəb olacaq. Bu isə sonda yerli əhalinin həyat şəraitinin yüksəlməsinə imkan verəcək", - deyə qanun layihəsinin müəllifləri bildirirlər.