01:34
(077) 610-22-33

Ərdoğan yeni Türkiyə qurmaq istəyir

  • >
2 034 14 Mart 2015 21:44 | Region

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin konstitusiyasını dəyişdirəcəyini bildirib.

ANS PRESS-in məlumatına görə, Çanaqqalada çıxış edən Ərdoğan yeni Türkiyə qurmaq istədiyini deyib.

Yeni Türkiyə üçün yeni konstitusiyaya və prezident sisteminə ehtiyac olduğunu qeyd edən Ərdoğan buna belə izah verib:

"Türkiyə çevriliş dövrü konstitusiyası ilə daha yoluna davam edə bilməz. Əgər mövcud konstitusiyanın Türkiyə üçün ən yaxşısı olduğunu söyləyənlər varsa, onlardan soruşun ki, 1960-ci ildəki çevrilişdən bəri yaşadığımız bu qədər çətinliyin səbəbi nədir? Ruhuna çevriliş edənlərin nəfəsi, üzünə onların əllərindəki qanın bulaşdığı bu konstitusiyanın nə qədər dəyişdirsəniz də təmizlənmir. Bizim millətimizin tarixinə, mədəniyyətinə, hissiyyatına, tələblərinə, vizyonuna uyğun yeni bir konstitusiyaya ehtiyacımız var. Yeni konstitusiya ilə birlikdə prezident sistemini də gündəmə almaq məcburiyyətindəyik. Sabitlik və güvən mühitinin zəmanəti, mənə görə prezident sistemidir".
Bağla X