20:41
(077) 610-22-33

Rusiyalı aktyorun 25 yaşlı oğlunun meyiti tapıldı - VİDEO

  • >
3 079 15 Mart 2015 13:49 | Region

Rusiyanın məşhur aktyoru İqor Livanovun 25 yaşlı oğlu Andrey Livanov Moskvada yaşadığı mənzildə ölü tapılıb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "LifeNews" telekanalı yayıb.
Hadisə baş verən gün Andreyin anası aktrisa İrina Bezrukova və onun 2-ci həyat yoldaşı aktyor Sergey Bezrukov ezamiyyətdə olub.
Andreyin evdə tək qaldığı və yüksək temperaturdan əziyyət çəkdiyi deyilir.

Moskva teatrlarından birində administrator vəzifəsində çalışan Andrey bir neçə gündür ki, işə getməyib. Bu üzdən teatrın direktoru onun yaşadığı evə gəlib.

İçəridən səs eşitməyən direktor əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıb.

Nəticədə Andreyin mənzildə öldüyü bəlli olub.
Andreyin 11 yaşı olanda onun valideynləri ayrılıb. O, hələ tələbə olarkən "Nort-Ost" teatrında çalışıb.

Qeyd edək ki, bir gün öncə isə Rusiyanın məşhur yazıçısı Valentin Rasputin 77 yaşında Moskvada dünyasını dəyişib.



Bağla X