12:58
(077) 610-22-33

Putinin yoxa çıxmasının səbəbi

  • >
6 788 15 Mart 2015 20:36 | Region

Rusiya prezident Vladimir Putinin bir müddətdir ki, ictimaiyyət qarşısına çıxmamasının səbəbi bilinib.

"Dojd" telekanalı iddia edir ki, prezident qripə yoluxub və o, Moskvada deyil.

Telekanalın müxtəlif mənbələrdən əldə etdiyi məlumata görə, Putin bir neçə gün idi ki, Moskvada deyil, Novqorod vilayətindəki iqamətgahında olub.

Putinin mətbuat katibi Dmitri Peskov bu xəbəri şərh etməyib. O bildirib ki, bu mövzu artıq bağlanıb.

Xatırladaq ki, bir neçə həftədir ki, Rusiya prezidenti Vladimir Putin ictimaiyyət qarşısına çıxmır. Rusiya mətbuatı Putinin yoxa çıxması barədə bir sıra versiyalar irəli sürür. Onun ağır xəstəliyə tutulması da ehtimal edilir. Lakin Kreml bütün bu xəbərləri təkzib edir.
Bağla X