“İslam Dövləti” terror qrupuna daxil olmaq istəyən 3 britaniyalı gənc Türkiyənin İstanbul şəhərində saxlanılıb. “İslam Dövləti” terror qrupuna daxil olmaq istəyən 3 britaniyalı gənc Türkiyənin İstanbul şəhərində saxlanılıb.

3 britaniyalı gənc İstanbulda tutuldu - VİDEO

“İslam Dövləti” terror qrupuna daxil olmaq istəyən 3 britaniyalı gənc Türkiyənin İstanbul şəhərində saxlanılıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Məlumatda deyilir ki, yaşları 17-dən 19-dək olan gənclərin məqsədi Türkiyə sərhədini keçərək İŞİD-ə qoşulmaq olub.

Onların kimlikləri barədə informasiya verilmir.
Hazırda gənclərin İstanbulda olduğu deyilir. Yaxın zamanlarda onların Böyük Britaniyaya deportasiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, bir müddət öncə 15-16 yaşlarında olan 3 məktəbli qız London aeroportundan İstanbula gələrək Suriyaya keçiblər. Onlar İŞİD yaraqlılarına ərə getmək üçün bu addımı atıblar.

Mərkəzi Kəşfiyyat İdarəsinin araşdırmasına görə, İŞİD-in 30 minə yaxın döyüşçüsü var.