Tehran məhkəməsi İranın sabiq prezidenti Əli Əkbər Xaşimi Rəfsəncaninin oğlu haqda 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb. Tehran məhkəməsi İranın sabiq prezidenti Əli Əkbər Xaşimi Rəfsəncaninin oğlu haqda 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Sabiq prezidentin oğluna 15 il iş verildi

Tehran məhkəməsi İranın sabiq prezidenti Əli Əkbər Xaşimi Rəfsəncaninin oğlu haqda 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.



Musavat.com BBC-yə istinadən xəbər verir ki, Mehdi Rəfsəncani milli təhlükəsizliyə qarşı cinayətlərdə, həmçinin maliyyə sui-istifadələrində günahkar bilinib.

O sırada M. Rəfsəncani 2009-cu ildəki prezident seçkilərindən sonra ölkədə iğtişaşların qızışdırılmasında suçlu hesab edilib.

Mehdi Rəfsəncani 2012-ci ildə Böyük Britaniyadan vətəninə qayıtdıqdan sonra həbs edilmişdi.