08:59
(077) 610-22-33

“Putin işə çıxmırsa, işdən qovulmalıdır” – Rusiyalı yazıçı

  • >
2 727 15 Mart 2015 23:52 | Region

Rusiyanın müxalifətçi yazıçısı, satira ustası Viktor Şenderoviç son günlər Rusiya prezidentinin ətrafında dolaşan söz-söhbətlərə münasibət bildirib.



AzNews.az xəbər verir ki, yazıçı Putin haqda fikirlərini özünün Facebook səhifəsində yazıb.

"O, xalq tərəfindən seçilən muzdlu menecerdir. Prezidentin mənəvi haqqı yoxdur ki, heç kəsə heç nə demədən iş yerini tərk etsin. Belə insanı işdən qovmaq lazımdır", - deyə Şenderoviç bildirib.

"Mən hazırda ABŞ-ın Ohayo ştatındayam. Bu ölkədə yaşayan insanların həyatının Barak Obamanın sağlamlığı ilə heç bir bağlılığı yoxdur. Ancaq o, xalqdan gizlənə bilməz. Çünki Obama ABŞ xalqının padşahı deyil, Putin kimi muzdlu menecerdir. Menecerin isə iş yerini tərk etməsi nəticədə işdən qovulması ilə nəticələnməlidir. İnanıram ki, Obama 2017-ci ildə menecer vəzifəsindən gedəcək. ABŞ-a isə heç nə olmayacaq", - deyə rus yazıçısı vurğulayıb.


Bağla X