Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu gün jurnalistlərin Putinin səhhəti ilə bağlı verdikləri suallara cavab verərkən onlarla zarafatlaşıb. Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu gün jurnalistlərin Putinin səhhəti ilə bağlı verdikləri suallara cavab verərkən onlarla zarafatlaşıb.

“Putin uşağının olduğu İsveçrədə müalicə alıb gəldi“ - Peskov

Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu gün jurnalistlərin Putinin səhhəti ilə bağlı verdikləri suallara cavab verərkən onlarla zarafatlaşıb.




AzNews.az xəbər verir ki, bu haqda məlumatı Türkiyə mediası yayıb.
Peskov bu mövzunu bir daha müzakirə etmək istəmədiyini deyib: "Ancaq məlumatınız üçün bildirirəm ki, iflic keçirən və ordu tərəfindən qaçırılan Putin bir müddət əvvəl uşağının olduğu İsveçrədə müalicə alıb gəldi".

Qeyd edək ki, mart ayının 6-dan ictimaiyyət qarşısında görünməyən Putinin xəstə olduğu, iflic keçirdiyi, zərbə ilə yıxıldığı deyilirdi. Hətta, onun yeni doğulan uşağını görmək və müalicə almaq üçün İsveçrəyə getdiyi və orada öldüyü barədə də şayiələr söylənilirdi.

Rusiya Prezidenti Putin bu gün günorta saatlarında Sankt-Peterburq şəhərində Konstantin Sarayında Qırğızıstan Prezidenti Almazbek Atambayevi maşınla 20 dəqiqə həyətdə gəzdirib. 10 günlük fasilədən sonra kameraların qarşısına çıxan Putinin gülümsəməsi də diqqəti cəlb edib.

Putin barəsində söylənənlər üçün "Dedi-qodular olmadan həyat sıxıcı olardı" cavabını verib.

Qırğız lider də Putinin səhhətinin yerində olduğunu və onu idarə etdiyi maşınla Konstantin Sarayını gəzdirdiyini söyləyib.

Bu faktı Dmitri Peskov da təsdiq edib: "Atambayevin qızı Sankt-Peterburqda təhsil alır. İki səfər birdən reallaşmış oldu".