09:22
(077) 610-22-33

Çanaqqala döyüşünün başlanmasından 100 il ötdü

  • >
3 274 18 Mart 2015 11:08 | Region

Bu gün Çanaqqala döyüşünün başlanmasından 100 il ötür.



18 mart 1915 – 9 yanvar 1916 aralığında baş verən bu döyüşün Türkiyə tarixi üçün böyük əhəmiyyəti var.

Çanaqqala - birinci dünya müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşüdür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı bir qida və hərbi ticarət yolu açmaq, Alman müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olub və iki tərəf də çox ağır itkilər verib. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşib, hər vətəndaşın xatirəsində qalıb Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərən bu döyüş Türk Qurtuluş Döyüşünə də təsir edib. Türkiyə cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, 18 mart - Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilib. Müttəfiqlər üçün isə bu döyüş əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılıb.

Çanaqqala döyüşündə Türkiyənin 253 min döyüşçüsü həlak olub. Bu döyüşlərdə 3 minə yaxın azərbaycanlının da şəhid olduğu bildirilir. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə danışıb.

Qeyd edək ki, Bakıda Çanaqqala döyüşünün 100-cü illiyi ilə bağlı "100-cü ilində döyüşdən sülhə Çanaqqala" adlı layihə çərçivəsində "Yerində tarix" layihəsi həyata keçirilib. Yunus Əmrə İnstitutu tərəfindən təşkil layihə çərçivəsində Azərbaycanın 25 nəfərdən ibarət tələbə, müəllim və vətəndaş cəmiyyəti üzvləri martın 12-də Türkiyəyə göndərilib. Onlar martın 22-nə kimi Çanaqqala və Türkiyənin digər şəhərlərinə gedəcək, Türkiyə tarixi və mədəniyyəti ilə yaxından tanış olacaqlar.






Bağla X