Livanın paytaxtı Beyrutda erməni diasporasının nümayəndələri və türk səfirliyinin əməkdaşları arasında kütləvi dava olub. Livanın paytaxtı Beyrutda erməni diasporasının nümayəndələri və türk səfirliyinin əməkdaşları arasında kütləvi dava olub.

Türklərlə ermənilər arasında kütləvi dava

Livanın paytaxtı Beyrutda erməni diasporasının nümayəndələri və türk səfirliyinin əməkdaşları arasında kütləvi dava olub.



ANS PRESS-in məlumatına görə, dünən baş verən hadisə barədə türk mətbuatı yazıb.

Davaya səbəb erməni qrupunun Çanaqqalada türk ordusunun qələbəsinə həsr edilmiş "Son məktub" filminin nümayişini dayandırmağa çalışması olub.

"Daşnaksutyun" partiyasının fəalları və erməni tələbələr kinoteatrı mühasirəyə alıb və antitürk şüarlar səsləndirməyə başlayıblar.

Nəticədə türk səfirliyinin əməkdaşları ilə erməni fəallar arasında dava düşüb. Nəticədə iki erməninin yaralandığı və iki türkün həbs edildiyi bildirilir.