Qarabağ müharibəsinin iştirakçısı Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevesyan cəbhə xəttindəki gərginlikdən danışıb. Qarabağ müharibəsinin iştirakçısı Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevesyan cəbhə xəttindəki gərginlikdən danışıb.

Erməni general: “Erməni mövqeləri təcili şəkildə gücləndirilməlidir“

Qarabağ müharibəsinin iştirakçısı Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevesyan cəbhə xəttindəki gərginlikdən danışıb.


O, Azərbaycanın cəbhədə üstün tərəf olduğunu bildirərək erməni mövqelərini təcili şəkildə gücləndirməyin vacibliyinə diqqət çəkib.

"Güclənmə təkcə əsgərlərin sayını artırmaqla bitmir. Texniki cəhətdən də güclənmək lazımdır. Bunu təcili etmək lazımdır", - deyə Arkadi Ter-Tadevesyan bildirib.

Qeyd edək ki, martın 19-da qoşunların təmas xəttində döyüş toqquşması baş verib. 20-dək erməi əsgəri məhv edilib və yaralanıb. Ermənistan rəsmi olaraq itkilərini gizlətsə də, erməni jurnalist və bloqqerlər bildirirlər ki, itkilər xeyli çozdur. Qarabağda hospitallar yaralı əsgərlərlə doludur.

Onu da bildirək ki, müdafiə naziri Zakir Həsənov düşmənin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlarla əlaqədar bildirib ki, özgə torpağına soxulan düşmənin sağ-salamat qalmasının yeganə yolu, işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq.