22:02
(077) 610-22-33

Yanukoviçin ölən oğlu soyadını dəyişmək istəyib

  • >
1 939 23 Mart 2015 00:05 | Region

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Baykal gölündə faciəli şəkildə ölən kiçik oğlu Viktor soyadını dəyişmək istəyib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "rosbalt" saytı Rusiyanın güc strukturlarına istinadən yayıb.

Faktı Yanukoviçlər ailəsinə yaxın olan şəxs də təsdiq edib: "Viktor soyadını hələ bir il öncə dəyişdirmək istəyirdi. O, nənəsinin soyadı olan "Davıdov"u özünə soyad götürəcəkdi. Hətta, bu haqda deyəsən, Rusiyada sənədlər də toplanmışdı. Bəlkə də onun soyadı artıq Davıdov imiş, çünki Rusiyanın Fövqəladə Hallar Nazirliyi Baykal gölündə faciə ilə bağlı yazmışdı ki, 1981-ci il təvəllüdlü, Rusiya vətəndaşı olan, moskvalı Viktor Davıdov həlak olub".

Qeyd edək ki, Viktor Yanukoviç mart ayının 20-də "Volkswagen" mikroavtobusunda 5 nəfərlə birgə suyun 20 metr dərinliyinə batıb. Sonradan onların hamısı xilas olunsa da Viktor suyun üzünə çıxa bilməyib.
Bağla X