Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin kiçik oğlu Viktorun ölüm səbəbi açıqlanıb. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin kiçik oğlu Viktorun ölüm səbəbi açıqlanıb.

Viktorun ölüm səbəbi açıqlandı – VİDEO

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin kiçik oğlu Viktorun ölüm səbəbi açıqlanıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko yayıb.

Onun sözlərinə görə, sükan arxasında olan Viktor suya batarkən təhlükəsizlik kəmərini bağlayıbmış: "Bunu orda olan şahidlər deyir. Avtomobil isə suyun içində sürücüyə tərəf çevrilib. Elə bu üzdən Viktor kəməri aça bilməyib. Avtomobildə olan digər 5 nəfər isə sağ-salamat qurtulublar".

Rusiyanın NTV telekanalının müxbiri Vladimir Kobyakov deyib ki, Viktorun üzərindən çıxan sənəddə onun soyadı Davıdov olub.

Qeyd edək ki, Viktor avtoyürüşlərin əsil fanatı olub. O, bu idman növündə bir neçə dəfə milli çempionatda qalib gəlib.