05:21
(077) 610-22-33

110 min polis işdən çıxarılacaq

  • >
3 754 23 Mart 2015 22:50 | Region

Rusiyada 110 min polis işdən çıxarılacaq.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Vedomosti" qəzeti Rusiyanın daxili işlər naziri Vladimir Kolokolçevə istinadən yayıb.

"Vahid Rusiya" partiyasının rəsmiləri ilə görüşündə nazir deyib ki, Daxili İşlər Nazirliyindən ümumilikdə 110 min nəfər ixtisara düşməlidir: "Bu gün artıq 78700 nəfər polisin işdən çıxarılması haqda razılıq əldə edilib".

Qeyd edək ki, fevral ayının 1-dən etirabən Daxili İşlər Nazirliyinə yeni əməkdaşların qəbul edilməsi dayandırılıb.

Bu faktı Nazirliyin mətbuat xidməti də təsdiq edib.
Xatırladaq ki, prezident Vladimir Putin ilin sonunadək özünün, Rusiya Federasiya hökuməti sədrinin, Baş prokurorun və Rusiya İstintaq Komitəsi sədrinin maaşını 10 faiz azaldıb.
Bağla X