Rusiya Federasiyasının Həştərxan vilayətində ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunub. Rusiya Federasiyasının Həştərxan vilayətində ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunub.

Həştərxanda Heydər Əliyevlə bağlı tədbirlər keçirildi - FOTO

Rusiya Federasiyasının Həştərxan vilayətində ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunub.

AzNews.az xəbər verir ki, tədbirlərdə Həştərxan vilayətinin və şəhərin rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, burada fəaliyyət göstərən Azərbaycan və digər ölkələrin diasporlarının nümayəndələri, ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tətbir iştirakçıları öncə Həştərxan şəhərində Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoyublar.

Daha sonra Heydər Əliyev adına 11 saylı orta məktəbdə keçirilən mərasimdə ümummilli liderin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında onun əvəzsiz rolundan danışılıb. Qeyd olunub ki, Həştərxanda keçirilən tədbirlər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın sübutudur.