23:07
(077) 610-22-33

İran Səudiyyədən itkin zəvvarlarını tələb edir - VİDEO

  • >
2 162 3 Oktyabr 2015 22:08 | Region

İran öz zəvvarlarının meyitlərini vətənə gətirməyə nail olub.


AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, Minada həlak olan 464 iranlı zəvvardan 104-nün cənazəsi təyyarə ilə Tehrana gətirilib. İranın Həcc və Ziyarət Təşkilatı həlak olan hacıların Tehranda Behişti-Zəhra məzarlığında dəfn ediləcəklərini bəyan edib. İran hökuməti isə vətəndaşları sabah zəvvarların dəfn mərasimində iştirak etməyə çağırıb.

Sabah İranın Ali dini lideri Ayətulla Seyid Əli Xameneyi Tehranda yerli vaxtla saat 15:30-dan 17:30-dək hacıların dəfn mərasimini keçirəcək. Bundan başqa, eyni vaxtda Qum şəhərində İmam Xomeyni adına məsciddə daha bir mərasim baş tutacaq.

Səudiyyə Ərəbistanı Mina faciəsində 800 nəfərin həlak olduğunu iddia edir. 2000-ə yaxın zəvvar isə xəsarət alıb. Hadisənin üzərindən 8 gün keçməsinə baxmayaraq, minlərlə itkin düşmüş zəvvardan hələ də xəbər yoxdur. Rəsmi Tehran isə hələ də 200 nəfər iranlı zəvvardan xəbər ala bilmədiklərini iddia edir.

Baş verən hadisənin səbələri ilə bağlı hələ də rəsmi açıqlama verilməsə də istintaq araşdırmaları davam etdirilir.

Bağla X