03:42
(077) 610-22-33

Türkiyə helikopterləri Ermənistana girdi

  • >
1 632 10 Oktyabr 2015 18:41 | Region

Türkiyə helikopterləri bu günlərdə iki dəfə Ermənistanın hava məkanına girib.


AzNews.az virtualaz.org-a istinadən bildirir ki, bunu ermənilərin "Qraparak" qəzeti yazıb.

Qəzetin yazdığına görə, həmin məsəl hakim Respublika partiyasının bu günlərdə keçirilən iclasında da müzakirə olunub.

Faktı Milli Aviasiya Baş İdarəsinin rəisi Artyom Movsisyan da təsdiqləyib. Rəis vurğulayıb ki, Türkiyə helikopterləri Ermənistanın hava sərhədini pozmağa həqiqətən də cəhd ediblər:

"Bu cür faktlar oktyabrın 6-da və 7-də qeydə alınıb. Sərhədin pozulması 2-4 dəqiqə çəkib. Xüsusi reqlamentə uyğun olaraq tərəfimizdən lazımi tədbirlər görülüb. Həmçinin Ankaradakı dispetçerlə hava gəmisinin hansı tipdən olduğu dəqiqləşdirilib".

A.Movsisyanın sözlərinə görə, hava sərhədini pozan hərbi sərnişin vertolyotları olub. Lakin onlar çox da içəri keçməyərək, Ermənistan ərazisini tələsik tərk ediblər.

İnsident Ermənistanın Armavir vilayətində baş verib. Marşrut isə İqdır-Qars olub.
Bağla X