Rusiya prezidenti Vladimir Putin yerli "Rossiya-1" telekanalına müsahibə verib. Rusiya prezidenti Vladimir Putin yerli "Rossiya-1" telekanalına müsahibə verib.

Putin Suriya ilə bağlı mühüm məsələlərə aydınlıq gətirdi

Rusiya prezidenti Vladimir Putin yerli "Rossiya-1" telekanalına müsahibə verib.


AzNews.az Report-a istinadən xəbər verir ki, Putin müsahibəsində ölkəsinin Suriyada apardığı əməliyyatlarla bağlı bir sıra mühüm məsələlərə aydınlıq gətirib.

İlk olaraq o bildirib ki, Rusiya hərbçiləri "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı yerüstü əməliyyatlar aparmayacaqlar. Putin diqqətə çatdırıb ki, Rusiya aviasiyasının ölkədə apardığı əməliyyatlar öz-özünə əmələ gəlməyib, əvvəlcədən nəzərdə tutulmuş plan üzrə həyata keçirilir.

O, həmçiinn Rusiya hərbçilərinin Suriyadakı vəzifələrinin nədən ibarət olduğunu da izah edib:

"Bizim vəzifəmiz qanuni hakimiyyəti stabilləşdirmək və siyasi güzəşt axtarışları üçün şərait yaratmaqdan ibarətdir".

Rusiya prezidenti Suriyada hərbi əməliyyatların həyata keçirilməsi üçün kosmosdan kəşfiyyat işlərinin aparıldığını qeyd edib:

"Biz ilkin tədbirlər gördük. Bu ondan ibarət idi ki, biz lazımi yerə və lazımi vaxtda kifayət qədər vasitə, qüvvə və döyüş ehtiyatı cəmləşdirdik. Biz uzun müddət kosmosdan və havadan kəşfiyyat apardıq, əldə olunan müxtəlif növ məlumatları tutuşdurduq və Baş Qərargahın mütəxəssisləri tərəfdaşları ilə birgə, bildiyiniz kimi, Bağdadda İnformasiya Mərkəzi yaratdılar".

Putin, həmçinin Moskvanın Suriyada terrorçuluq ilə mübarizəyə dair təkliflərini Amerika hərbçilərinə göndərdiyini diqqətə çatdırıb:

"Bizim mütəxəssislər Amerika tərəfindən sorğu və təklif aldılar, bu birgə iş ilə bağlı öz fikirlərini formalaşdırdılar və Pentaqona göndərdilər".

Rusiyanın dövlət başçısı ümid etdiyini bildirib ki, digər ölkələr də Moskvanın Suriyada apardığı əməliyyatlara qoşulacaq.

"Ən sadəsi bizim səylərimizə qoşulmaq və bu şəkildə Suriya ərazisində öz hərəkətlərini qanuniləşdirmək olardı. Çünki, əgər bizim rəsmi hakimiyyətdən mandatımız varsa, o zaman hər şey çox sadədir: bizə qoşulmaq və bu mandat çərçivəsində işləmək. Lakin çox təəssüf ki, biz hələ ki, öz tərəfdaşlarımız və həmkarlarımızla bu barədə razılıq əldə etməmişik, amma bunun mümkün olacağına ümidimizi itirmirik", — deyə Putin bildirib.

Vladimir Putin bəyan edib ki, Moskva Suriyada aparılan əməliyyatlar barədə Qərb tərəfdaşlarını əvvəlcədən məlumatlandırıb edib:

"Biz həm amerikalı tərəfdaşlarımızı, həm də digər, xüsusilə də regiondan olan tərəfdaşlarımızı niyyət və planlarımız barədə öncədən xəbərdar etmişik".
O əlavə edib ki, lakin Rusiyanı bu kimi əməliyyatların keçirilməsi barədə heç kim xəbərdar etmir:

"Kimsə deyir ki, biz bunu olduqca gec etmişik, lakin sizin diqqətinizə çatdırım ki, bu tip əməliyyatlar planlaşdırılan zaman bizi heç kim və heç vaxt ümumiyyətlə xəbərdar etmir".