06:31
(077) 610-22-33

Adil Əliyev Türkiyədəki terrordan danışdı

  • >
797 12 Oktyabr 2015 18:54 | Region

“Bu gün beynəlxalq aləmin əsas mövzusu terrora qarşı ortaq mübarizənin təşkilinə nail olmaqdır. Bunsuz vəziyyət daha da pisləşəcək”.



AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili, deputatlığa namizəd Adil Əliyev Türkiyədə törədilən terror hadisəsini şərh edərkən deyib. A.Əliyevin sözlərinə görə, iki dünya müharibəsindən çıxan bəşəriyyət terroru yenməsə və ya ən azı terrorun miqyasını zəiflətməsə vəziyyəti nəzarətdə saxlamaq çətinləşəcək: "Terror artıq Türkiyəmizin paytaxtı Ankaranı vurur. Dünən isə belə bir xəbər gəldi ki, bir başqa qonşumuzun paytaxtında – Moskvada da terror törətmək istəyən qrup yaxalanıb. Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq terrorçulara qarşı birgə əməkdaşlığa ehtiyac var. Çünki terrorun bu gün və ya sabah haranı vuracağı bəlli deyil. Silahlı separatçıların da terrorçulardan elə böyük fərqi yoxdur. Nəzarətsiz bölgə olan Dağlıq Qarabağ terrorçuların məskənidir. Azərbaycan prezidenti İlham Əliyevin müsahibələrinin birində söylədiyi kimi "pis və yaxşı terrorçu yoxdur"".

AzNews.az
Bağla X