Müğənni Əli Mirəliyev Xalq artisti Flora Kərimovanın mərhum sənətkar İlhamə Quliyevanın cəsədinin yarılmasını görməsiylə bağlı iddialarına münasibət bildirib. Müğənni Əli Mirəliyev Xalq artisti Flora Kərimovanın mərhum sənətkar İlhamə Quliyevanın cəsədinin yarılmasını görməsiylə bağlı iddialarına münasibət bildirib.

“İlhamə tez-tez Floranın yuxusuna girir”

Müğənni Əli Mirəliyev Xalq artisti Flora Kərimovanın mərhum sənətkar İlhamə Quliyevanın cəsədinin yarılmasını görməsiylə bağlı iddialarına münasibət bildirib.


O, AzNews.az-a açıqlamasında bildirib ki, İ. Quliyevanın cəsədi yarılarkən içəridə kənar şəxs olmayıb: "Flora Kərimova bu iddianı irəli sürürsə, o zaman videonu da göstərsin. Mən morqda hardasa bir saat olmuşam. Ora elə bir yerdir ki, hər kəs içəri girə bilməz. Həkimlər də orada çəkiliş apara bilməz. İşçilərdən kimsə çəkiliş etsə, onu işdən çıxardarlar. Mənim özümü də içəri qoymurdular. Mənim Flora xanıma böyük hörmətim var. Amma bunu deməliyəm. İlhamə xanım xəstə olanda, mən Flora xanıma dedim ki, aranızda nə olub-olub, dur gəl, sən də halallıq ver, barışın. Amma o, yenə gəlmədi. Əgər gəlməyibsə, indi bu nə açıqlamadır verir? Üstündən hardasa 6 ay keçib, deyir ki, onu yaranda görmüşəm. Flora İlhamənin ölümü və dəfni ilə bağlı bütün məlumatları məndən öyrənirdi".

Ə.Mirəliyev düşünür ki, İ. Quliyeva tez-tez F. Kərimovanın yuxusuna girir: "O, narahatdır, bu sözü deyirsə deməli, yuxusunda görür. Yuxu onu incidir. Səhər ayılanda isə gördükləri yadında qalmır və belə şeylər danışır. Ölüm haqqdır. İlhamə ölüb, ay Flora, sənin də ürəyində "Əli rəhmi" olsun... Axı o dünya var. Flora bir şeyi bilsin ki, onun indi durduğu yüksəklikdə İlhamə xanım da dayanıb".

Qeyd edək ki, Xalq artisti Flora Krimova mətbuata açıqlamasında mərhum İlhamə Quliyevanın yarılma prosesinin videosunu izlədiyini qeyd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az