Hollivud ulduzu Conni Depplə boşanmağa hazırlaşdığı xanımı Ember Herdin videosu yayılıb. Hollivud ulduzu Conni Depplə boşanmağa hazırlaşdığı xanımı Ember Herdin videosu yayılıb.

Hollivud ulduzunun arvadını döydüyü görüntü yayılıb - Video

Hollivud ulduzu Conni Depplə boşanmağa hazırlaşdığı xanımı Ember Herdin videosu yayılıb.


Cütüyün boşanması ilə bağlı məhkəmə prosessi gecikib. Buna səbəb aktrisanın Los-Ancelesə gələ və ifadə verə bilməməsi olub. Buna baxmayaraq Ember sakit dayanmır. O telefonla çəkdiyi, ərinin onu döydüyü videonu sosial şəbəkədə yayıb.

Videoda Conninin qabları sındırması, əsəbi olması əks edilib. Emberin onu çəkdiyini başa düşən Conni daha da əsəbiləşib, ona hücum edərək, telefonu əlindən almaq istəyib. Nəticədə o, arvadını vurub.

Mütəxəssislər bildirib ki, video montaj edilib, ondan məhkəmədə dəlil kimi istifadə etmək mümkün olmayacaq.

Aktyorlar 2015-ci ilin fevralında ailə qurub. Bu ilin mayında Ember boşanmaq üçün məhkəməyə müraciət edib, Deppin onu döydüyünü, yaşaya bilmədiyini söyləyib.




Axşam.az