Bu gün Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın ad günüdür. Bu gün Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın ad günüdür.

Doğum günündə primadonnanı kimlər anacaq? - “Xəstəyəm”, “Xaricdəyəm”…

Bu gün Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın ad günüdür.


AzNews.az xəbər verir ki, sənətkar yaşasaydı 73 yaşı tamam olacaqdı.

Bəs sağlığında ətrafı böyük olan sənətkarı bu gün kimlər anacaq?

AzNews.az bununla bağlı sənət adamları arasında sorğu aparıb:

Əməkdar artist Cavanşir Məmmədov bu gün mərhum İlhamə Quliyevanın məzarını ziyarət edəcəyini söyləyib:



"Bir azdan Fəxri Xiyabana gedib İlhamə xanımın məzarını ziyarət edəcəyəm. Həyat yoldaşım xəstədir, bu səbəbdən mən tək gedəcəyəm".

Əməkdar artist Firuzə İbadovanın qızı isə hazırda anasının Fəxri Xiyabanda olduğunu bildirib:



"Anam İlhamə xanımın ziyarətinə gedib".

Müğənni Nadir Qafarzadənin köməkçisi isə hazırda onun Bakıda olmadığını deyib:



"Nadir Qafarzadə Bakıya gələn kimi İlhamə xanımın məzarını ziyarət edəcək".



Müğənni Əli Mirəliyev isə səhhətində problem olduğundan hələ yataqdan qalxmadığını qeyd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az