Məhşur özbək müğənnisiylə “Kərkükün səsi” bir arada

AzNews.az xəbər verir ki, Əməkdar artist Azərinin Türkiyənin TRT Avaz telekanalında aparıcısı olduğu "Azərinlə bir Avaz" verilişinin budəfəki qonaqları Türkdilli dövlətlərin sənətçiləri olacaq.

Azərinin qonaqları Özbəkistanın çox güclü səsə malik olan məhşur müğənnisi Malika Eqamberdiyeva və İraq türkmənlərindən "Kərkükün səsi" ləqəbiylə tanınan Ahmet Tuzlu olacaq.

Qeyd edək ki, veriliş hər bazar ertəsi olduğu kimi, bu gün də Azərbaycan vaxtı ilə saat 22.00-da canlı yayımlanır.

Fuad Mədətov
AzNews.az