O, “Best Model of the World”in münsifi olacaq O, “Best Model of the World”in münsifi olacaq

Model oğlunu efirə çıxardı – VİDEO – FOTO

O, “Best Model of the World”in münsifi olacaq



Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva "Best Model of the World" müsabiqəsinin finalında münsif kürsüsündə yer alacaq. Model bu dəfə də dünyanın ən yaxşı modelini seçməkdə jüri üzvlərinə yardımçı olacaq.

AzNews.az-ın məlumatına görə, dekabrın 8-də İstanbulda baş tutacaq finalda Türkiyəni Berk Atan və Buse Terim təmsil edəcək. Builki yarışmada 90 modelin iştirak edəcəyi müsabiqədə Sibel Tüzün, Ece Filiz ve İbrahim Gayberi aparıcılıq edəcək. 9 ölkədə canlı yayımlanacaq müsabiqədə dünyanın ən yaxşı modeli adı uğrunda 20-yə yaxın ölkə nümayəndəsi mübarizə aparacaq.

Ana olandan sonra televiziya proqramlarına qatılmayan Günay Musayeva "Kanal D"-də yayımlanan verilişlərdən birinin çəkiliş qrupunu evinə dəvət edib və ilk dəfə oğlu Cihangiri tamaşaçılara göstərib.

Yeni il ərəfəsində bir çox jurnallar üçün xüsusi çəkilişlər edən model maraqlı müsahibələri ilə də diqqət çəkib. Bununla yanaşı, G.Musayeva hamının kritik yanaşdığı prodüser Erol Kösənin də diqqətini çəkib. Türk ulduzlarından fərqli olaraq Erol Kösə verilişində Günayı tənqid etməyib, əksinə, onu bəyəndiyini bildirib.



Fuad Mədətov
AzNews.az
image description image description