“Atam Hepatit C-yə tutulmayıb” “Atam Hepatit C-yə tutulmayıb”

“Əsəbləşdi və ürəyi partladı” - AÇIQLAMA

“Atam Hepatit C-yə tutulmayıb”



Bu günlərdə qəfil vəfat edən müğənni Vidadi Bərdəli haqqında maraqlı faktlar üzə çıxıb. Yayılan məlumata görə, müğənninin vəfatı zamanı qohumları onun qolunda olan qızıl saatı və cibində olan pulları götürüblər.

AzNews.az-a danışan mərhumun qızı müğənni Aytac Vidadiqızı məsələyə aydınlıq gətirib. O, yayılan məlumatların yalan olduğunu desə də, atasının mülkiyyətilə bağlı vəsiyyətini açıqlayıb: "Heç kim heç nə götürməyib. Hər şey övladlarının arasında bölüşdürülüb. 3 qardaş, 3 bacıyıq. Səhv etmirəmsə, qardaşlarım Vüqara qızıl üzük, Tuncaya qolbağı düşüb. Atam vəsiyyətində deyib ki, iki avtomobilindən birini ("Mercedes" markalı avtomobil) qardaşım Əhmədin olsun. Qalanlar isə bacılar arasında bölüşüb. Atam ölməzdən əvvəl də vəsiyyətini açıqlamışdı".

A.Vidadiqızı atasının ölümüylə bağlı yazılan xəbərlərə də münasibətini bildirib: "Atam Hepatit C-yə tutulmayıb. Bu, yalan xəbərdir. Atam Hepatit B olub. Qara ciyərində problem var idi ki, heç bundan da ölmədi. O, əsəbləşdi və ürəyi partladı".

Fuad Mədətov
AzNews.az