Artistlər barışdı

Əməkdar artist Elza Seyidcahan xalq artisti Aygün Kazımova ilə barışıb. Bu barədə AzNews.az-a Əməkdar artistin özü deyib. O, bildirib ki, heç kimlə küsülü və düşmən deyil.

"Heç bir zaman günahım olmur. Əgər günahım olarsa, etiraf edərəm. Üzr istəməyi də özümə eyib bilmirəm. Elə insanlardan deyiləm ki, hər dəqiqə bilərəkdən səhv edim, sonra da üzr istəyim. Bu üzrün də dəyərini aşağı salım. Həmin an da mənim heç bir səhvim olmayıb. Şikayət etməyə də ixtiyarım var idi. Heç küsməmişəm də. Kim özündən küsübsə, özü bilər. Ailədə də söz-söhbət olur. Deyirlər, deyirsən. Buna görə düşmən olmayacağıq ki? Heç kimlə düşmən deyiləm. Hamıya uğurlar arzulayıram. Allah onun balasını saxlasın!", - E.Seyidacahan söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl xəz-dəri geyimləri şirkətinin yeni mövsümünün açılış mərasimində iştirak edən A.Kazımova və E.Seyidcahan arasında qalmaqal yaşanmışdı.

Aydın olub ki, şirkətin siması A.Kazımova tortkəsmə məqamında qonaqlara şirniyyatdan bir parça versə də, E.Seyidcahanı saymayıb və ona tort verməyib. A.Kazımovanın bu "jesti" E.Seyidcahanı özündən çıxarıb və həmkarı haqqında kəskin fikirlər səsləndirib. O, Aygün Kazımovaya şərəfsiz, ləyaqətsiz və şeytanlaşmış adam deyib.

Fuad Mədətov
AzNews.az