13:01
(077) 610-22-33

“Tanınmış insanlar narkotika istifadəçiləridir” – ŞOK İDDİA

  • >
1 688 5 Dekabr 2012 16:12 | Şou-biznes

Xəbər verdiyimiz kimi, Dağıstanın tanınmış müğənnisi Marina Əliyeva və Xuraman Şuşalı dekabrın 14-də Bakıda klubların birində "Narkotikə yox deyək!" adı altında konsert proqramıyla çıxış edəcəklər.

AzNews.az-ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında konsertin xüsusi qonağının Hüseyn Dərya olduğu açıqlanıb. Konsertin təşkilatçısı Samir Xattab deyib ki, hər bir şəxs bu aksiya xarakterli tədbirə qoşulmaqda azaddır: "Hüseyn Dərya bu maddənin aludəçisi olan və bu gün də narkotikə yox deyən insandır. Bu aksiyaya nəinki müğənnilər, hər bir şəxs qoşula bilər. Amma bəzi müğənnilər var ki, bu aksiyaya qoşulmaq üçün təşkilatçıdan qonorar tələb edir".

Müğənni Xuraman Şuşalı isə bildirib ki, narkotikanın aludəçisi olmaqdansa, yaxşı musiqinin aludəçisi olmaq daha yaxşıdır: "Milyonlarla gənclər, tanınmış insanlar narkotika istifadəçiləridir. Biz də bu konsert vasitəsilə insanları narkotikadan uzaqlaşdırmağa çalışacağıq. Eksklüziv mahnılarım da olacaq ki, bu da məhz konsert üçün nəzərdə tutulub".

Təşkilatçı onu da əlavə edib ki, M.Əliyeva dekabrın 12-də Bakıya gələcək. Qeyd edək ki, "Narkotikə yox deyək!" adlı konsert proqramı saat 17:00-da başlayacaq.

Fuad Mədətov
AzNews.az
Bağla X