Firuzə İbadovanın qızı Hülya şəxsi həyatından danışdı Firuzə İbadovanın qızı Hülya şəxsi həyatından danışdı

“Hamı bilsin ki, biz boşanmamışıq” – EKSKLÜZİV – FOTO

Firuzə İbadovanın qızı Hülya şəxsi həyatından danışdı



Əməkdar artist Firuzə İbadovanın qızı Hülya şəxsi həyatı haqqında yayılan xoşagəlməz fikirlərdən narahat olduğunu deyib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, onun üçün ən böyük problem şəxsi həyatıının gündəmə gəlməsi olub: "Sənətçinin övladı olmaq həm asandır, gözəldir, həm də çətin. Hər şeydən ehtiyyat edirsən. Amma fəxr edirəm ki, anam Firuzə İbadovadır. Tanınırsansa, hər hansı bir məkanda özünü rahat idarə edə bilmirsən. Kimsə fotoaparatla şəklimizi çəkir, yayımlayır və ən əsası şəxsi həyatımız müzakirə olunur. Bu mənada mənim də şəxsi həyatım çox müzakirə olundu. Bu cür amillərin mənfi təsiri olur.

Həyat yoldaşımdan boşanmamışam. Amma bunun əksini deyirlər. Hamı bilsin ki, biz boşanmamışıq. Aramızda yaranan mübahisə isə yalnız adımın KİV-də hallanması və tədbirlərdə şəkillərimin çəkilməsiylə bağlı olur. Bir tək problemimiz var ki, o da onun işiylə bağlıdır. O, iş adamıdır və Rusiyada çalışır. Həyat yoldaşım hər ayın 15 günü Bakıda bizimlə olur, qalan günlər də ancaq telefonla tez-tez danışırıq".

Əsasən qaynanasıyla yaşadığnı deyən Hülya, onu da qeyd edib ki, övladı olmayana qədər həyat yoldaşıyla münasibətləri soyuq olub: "Övladım olandan sonra onu itirməkdən qorxuram. Övladıma nənəmin adını qoymuşam: Hökümə".

Fuad Mədətov
AzNews.az
image description image description