“Onun fəxri adı olmasa da...”

Xanəndə Güllü Muradova sənət aləminin problemlərinə qarşımır. O, AzNews.az-a açıqlamasında bildirib ki, ancaq oxumaqla kifayətlənmək lazımdır: "Şəxsən öz adımdan deyərdim ki, bu sənətin içinə tam daxil olmamışam.

Estrada və muğam sənətilə məşğul olanların problemlərinə qarışmıram. Mahnını yazdırdıqdan müəyyən müddət sonra onu dinləyəndə səhvlərimi hiss edirəm. Kimsə təkəbbürlük edirsə, özünü gülünc vəziyyətə salır. Öyrənmək gec deyil. Nə qədər oxusaq belə azdır. Gərək, davamlı çalışasan".

G.Muradova bəzi ifaçıların müəllimlərinin adından istifadə etməsinə də münasibət bildirb: "Mənim səsim, sənətim, savadım yoxdursa, yüz dəfə müəllimimin adını çəkim. Nə faydası var? Müəllimim Sabir Abdullayevdir. Onun fəxri adı olmasa da, həmişə müəllimimlə fəxr etmişəm".

Fuad Mədətov
AzNews.az