Konsert üçün satılan biletlər geri qaytarılacaq Konsert üçün satılan biletlər geri qaytarılacaq

Toni Brekston Bakıya gəlməkdən imtina etdi

Konsert üçün satılan biletlər geri qaytarılacaq



Dünya şöhrətli müğənni Toni Brekstonun Bakı konserti təxirə salınıb. Buna səbəb müğənninin səhhətində qəfildən yaranmış problemlərdir.

Onu müayinə edən həkimlər bir müddət səhnəyə çıxmamağı, konsert verməməyi məsləhət görüb. Gələcək karyerasını uçurum qarşısında görən müğənni Bakıda keçirmək istədiyi konsertini təxirə salmağa qərar verib.

Qeyd edək ki, bu gün müğənninin konserti üçün satılan biletlər geri qaytarılacaq. Xatırladaq ki, konsert dekabrın 17-18-də Heydər Əliyev Sarayında keçirilməli idi.

Bahar Rüstəmli
AzNews.az