Müğənnimiz üsyan etdi

Müğənni Niyam Səlami bəzi həmkarlarından fərqli olaraq, vaxtının çox hissəsini yaradıcılıq işlərinə sərf edir. Bu barədə AzNews.az-a müğənninin mətbuat katibi Ceyhun Məhərrəmov məlumat verib.

O, bildirib ki, Niyam Səlami hazırda bir neçə mahnıların üzərində çalışır: "Hazırda müğənni musiqisi Elçin Cəfərov, sözləri Azər Şirinə məxsus olan "Üsyanım var" adlı mahnısına klip çəkdirməyi düşünür.

Bundan əlavə, müğənni bu ilin sonuna daha ritmik bir mahnını öz dinləyicilərinə təqdim edəcək. "Gəl qovuşaq" adlı musiqi parçasının sözləri müğənninin prodüseri Elvin Aydına, musiqisi isə Elşada məxsusdur. Müğənni bu mahnıya gələn ilin ilk ayında klip çəkdirməyi düşünür".

C.Məhərrəmov onu qeyd edib ki, Niyam hər iki klipi ilk əvvəl mətbuat işçilərinin öhdəsinə buraxacaq.

Fuad Mədətov
AzNews.az