Emin Ağalarov dünya məşhurlarını geridə qoydu – VİDEO

Məşhur müğənni və bəstəkar Emin Ağalarovun ifa etdiyi "Baby Get Higher" sinqlı "Billboard"da 10-cu yerdə qərarlaşıb.

AzNews.az müğənninin rəsmi saytına istinadən xəbər verir ki, artıq 8-ci həftədir ki, onun "Baby Get Higher" sinqlı "Billboard" siyahısında yüksəlməyə doğru irəliləyir.

Məlumat üçün bildirək ki, Emin bu ilin noyabrda ABŞ-a səfər edərək öz yeni "After The Thunder" albomunu təqdim edib. O, ABŞ-da KİV nümayəndələri ilə görüşüb və bir neçə konsert proqramıyla çıxış edib.



Fuad Mədətov
AzNews.az