Moldovanın paytaxtı Kişinyovda fəaliyyət göstərən "Big Flash Sound" rok qrupu "Cücələrim" mahnısını ifa edib. Moldovanın paytaxtı Kişinyovda fəaliyyət göstərən "Big Flash Sound" rok qrupu "Cücələrim" mahnısını ifa edib.

Moldovalı müğənni Azərbaycan dilində oxudu - Video

Moldovanın paytaxtı Kişinyovda fəaliyyət göstərən "Big Flash Sound" rok qrupu "Cücələrim" mahnısını ifa edib.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, məşhur qrupun solisti Tatyana Turturean mahnını Azərbaycan dilində oxuyub.

Tələffüzündə bəzi problemlər olsa da, müğənni sözləri aydın şəkildə tamaşaçılara çatdıra bilib. Qrup mahnının ritminə və ahənginə xələl gətirməmək üçün sözləri tərcümə etdirmədən səsləndirib.

Sözləri Tofiq Mütəllibova, musiqisi Qənbər Hüseynliyə aid olan "Cücələrim" mahnısı, görünür, Moldovada yetərincə məşhurluq qazanıb. Bəstə artıq toyların da əvəzolunmaz musiqisi hesab olunur.

Belə ki, "Big Flash Sound" rok qrupu toy sahiblərinin onlardan repertuarlarındakı musiqilərdən əlavə, "Cücələrim" mahnısını xüsusilə istədiklərini bildiriblər:

"Mahnı ritmik üslubda olduğundan başda gəlin və bəy olmaqla, toya gələnlərin hamısının könlünü oxşayır. Sözlərini anlamasalar belə, toy iştirakçıları musiqinin sədaları altında rəqs etməyi sevirlər".