Müğənni Rahidə Baxışova sənətçi Nurlan Əzizbəylinin səhhəti ilə bağlı həmkarlarına müraciət edib. Müğənni Rahidə Baxışova sənətçi Nurlan Əzizbəylinin səhhəti ilə bağlı həmkarlarına müraciət edib.

Müğənni həmkarlarına müraciət etdi - “O, xəstəxanada müalicə almalıdır”

Müğənni Rahidə Baxışova sənətçi Nurlan Əzizbəylinin səhhəti ilə bağlı həmkarlarına müraciət edib.

AzNews.az xəbər verir ki, Rahidə Baxışova həmkarlarını Nurlan Əzizbəyliyə dəstək olmağa çağırıb. O, uşaqlıq dostunun halına üzüldüyünü qeyd edib: “Bu halına üzüldüm. Amma, səbr et. Allah böyükdür. Əziz sənət dostlarım, Nurlanı sevənlər, o, xəstəxanada müalicə almalıdır. Maddi imkanı olmadığına görə, müalicəsini evdə edir. Nurlana maddi və mənəvi dəstək olaq. Allah sənə və bütün xəstələrə şəfa versin”.

Bahar RÜSTƏMLi

AzNews.az