19:19
(077) 610-22-33

Müğənnidən Mehriban Xanlarovaya mesaj - “Elə adamlara lənət olsun”

  • >
9 193 3 Fevral 2017 10:43 | Şou-biznes

Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasında yaranan qalmaqal böyüyür.

Aktrisa Kərim Abbasovun sosial şəbəkədə onunla bağlı etdiyi “üzrxahlıq”dan sonra onu həbs etdirəcəyini deyib.

AzNews.az xəbər verir ki, müğənni Kərim Abbasov bunu eşidən kimi dostlarına müraciət edib:

“Dostlar, eşitdiyimə görə məni tutdurmaq istəyirlər. Əgər məni tutsalar yanıma arada yemək gətirərsiniz. Gözümü yolda qoymayın, qurban olum, yazığam. Arada "Fələq" sürəsini oxuyun. İndi şər atanlar çoxalıb. Allah elə adamlara lənət eləsin. Allah onlara bildiyi qədər çəkdirsin.”

Aktrisa ilə müğənni arasındakı qalmaqal “Maşın” şouda başlayıb. Kərim Abbasov sosial şəbəkədə Xanlarovanın ünvanına təhqirlər yazıb onun açıq-saçıq şəkilini paylaşıb. Aktrisa buna görə onu məhkəməyə verib, 1000 manat çərimələtdirib.

Müğənni Mehriban Xanlarovanın yenidən sosial şəbəkədə həmin fotosunu paylaşaraq, onun ağır xəstə olduğunu və ondan üzr istədiyini qeyd edib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X