Müğənni Nadir Qafarzadə yol hərəkət qaydalarını kobud şəkildə pozub. Müğənni Nadir Qafarzadə yol hərəkət qaydalarını kobud şəkildə pozub.

Nadir Qafarzadə yol hərəkət qaydasını belə pozdu- FOTO

Müğənni Nadir Qafarzadə yol hərəkət qaydalarını kobud şəkildə pozub.

AzNews.az xəbər verir ki, bununla bağlı sosial şəbəkə istifadəçiləri şəkillər paylaşıb. Şəkildən görünür ki, o, idarə etdiyi 90 BŞ 777 nömrəli avtomobili yolun hərəkət hissəsində saxlayıb.

Müğənninin köməkçisi Bəşir Xıdırov AzNews.az-a açıqlamasında 90 BŞ 777 nömrəli maşının Nadir Qafarzadəyə məxsus olduğunu təsdiqlədi:

“Nadir həmişə qayda-qanuna, yol hərəkət qanunlarına əməl edən müğənnidir. Ola bilsin harasa tələsir, ya da saxlamaq üçün yer olmayıb. Ya da vaxt məhdudiyyəti yaranıb. Bu, hər bir vətəndaşın başına gələ bilər.”

Foto: Mahir Məmmədli

Bahar RÜSTƏMLİ

AzNews.az