00:45
(077) 610-22-33

“Məni qaranlığa aparıb soyundurdu” – Tolik (Video)

  • >
73 973 18 Fevral 2017 15:52 | Şou-biznes

“Anam telefon alsın deyə qolumu kəsdim”

AzNews.az ARB-yə istinadən xəbər verir ki, "Gəlin danışaq" verilişinin qonağı olan prodüser Tarix Əliyev (Tolik) maraqlı açıqlamalar verib. O, ailəsindən və uşaqlıq illərindən bəhs edib:

"Anam musiqi müəlliməsi, atam neftçi olub. Valideynlərimə indi də deyirəm ki, kaş mənim başımdan vurub oxutduraydınız. Kaş bugünkü gündə ali savadım olardı, başqa pillədə olardım. Elə qohumlarım var ki, məni evinə qoymurdu. Amma indi umurlar ki, mən onlara qonaq gedəcəm. 8-ci sinifdən sonra oxumadım. Məktəbi atdım. Çox peşman oldum. Ən pis vaxtım anamı aparıb bacımla ötürürdüm. Aeroporta gəlib onu ötüründə qorxdum ki, anam daha getdi. Mən çox dələduz uşaq olmuşam. Anam telefon alsın deyə, əlimi kəsmişdim. Anam telefonu aldı, 1 ay sonra telefonu itlə dəyişdim. Daha sonra iti də qoyunla dəyişdim.

Tanınmış prodüser uşaq vaxtı yaşadığı hadisəni bölüşüb:

"Bir dəfə çörək növbəsində dayanmışdıq, bir oğlan gəlib dedi ki, sən mənim bacıma sataşmısan, gedək üzr istə. Məni qaranlıq yerə aparıb dedi ki, ayaqqabını və kurtkanı çıxart. Məni soyundurub kurtkamı aldı, ayaqqabım ayağına olmadı. Həyatda belə şeylərlə də rastlaşmışam".

Bağla X