Məşhur aktyor və sabiq idmançı Oleq Taktarov Hollivudda ona təklif edilən roldan imtina edib. Məşhur aktyor və sabiq idmançı Oleq Taktarov Hollivudda ona təklif edilən roldan imtina edib.

Ukraynalıları öldürən rus - məşhur aktyor Hollivud filmindən imtina etdi

Məşhur aktyor və sabiq idmançı Oleq Taktarov Hollivudda ona təklif edilən roldan imtina edib.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, aktyor bu haqda öz Facebook səhifəsində məlumat paylaşıb.

Aktyora filmdə 45-50 yaşlarında, rus separatçı qrupunun lideri, ukraynalı döyüşçüləri amansızlıqla öldürən Roman adlı obrazı canlandırmağı təklif edilib.

Aktyor etiraf edib ki, pula ehtiyacı var. Amma buna baxmayaraq, bu rolda çəkilməkdən imtina edib.

“Mən ümid edirəm ki, tale mənim qarşıma başqa iş çıxaracaq. Uşaqlara, tələbələrə kömək edə bilim. Amma bunu oynamaq üçün... Aclıq çəkmək daha yaxşıdır” - Taktarov belə yazıb.