06:15
(077) 610-22-33

Elnarədən qanlı-bıçaqlı olduğu Səidəyə: “Lazım olarsa, onu da...”

  • >
3 600 1 Mart 2017 12:46 | Şou-biznes

"Çöldə qalmamışıq, evimiz, maşınımız var"

"Mənə deyirlər ki, gombulsan"

AzNews.az xəbər verir ki, "ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Elnarə Xəlilova maraqlı açıqlamalar verib.

Son dönəmlərdə "qəhrəman ana" açıqlaması ilə çoxları tərəfindən bəyənilən, lakin bir qrup insan tərəfindən tənqidə məruz qalan Elnarə Xəlilova yenə də eksklüziv açıqlamaları ilə tutarlı cavablar verib:

“Məndən də qabaq dörd uşaq anası olanlar var idi, indi də var. Xalq artisti Mələkxanım Əyyubova dörd uşaq anasıdır. Ondan sonra mən olmuşam. Məndən də sonra Gülyanaq olub. Çox sevinirəm. Hər kəsə bu cür ailə səadəti arzu edirəm. Əvvəllər barmaqla saymaq olardı. İndi az qalıb yerdə qalanları baymaqla sayasız”.

Müğənni yenidən ana olmaq istəmədiyini dilə gətirib: “Axırıncı uşaq əməliyyatla oldu deyə mən əvvəlki uşaqlardakı kimi formaya düşə bilmirəm. Çox çətindir mənə. Əməliyyat olmayanda başqa cürdür. Tez yığılırsan. Əməliyyat olanda başqa cürdür. Bədənin sənin sözünə qulaq asmır. Ağlım başımda olanda düzgün geyinirəm. Elə geyinirəm ki, çəkini ört-basdır edə bilirəm. Hazırda 75 kiloqramam. O qədər də incə deyiləm. Heç vaxt bu çəkidə olmamışam. Axırıncı dəfə 67 kiloqramda dayanmışdım. Nə edirdimsə, bu çəkidən aşağı düşə bilmirdim. Bunu özümə dərd etmişdim. Bilsəydim ki, nə vaxtsa 75 olacam, 67-yə sevinərdim. Canım sağlamdır, balalarımın canı sağdır, yoldaşım yanımda, hər şey yaxşıdır, işimiz-gücümüz yerində. Evimiz var, çöldə-bayırda qalmamışıq ki, maşınımız var. Vəssalam da. Başqa nə lazımdır ki, yaşamaq üçün?"

Müğənni ana olduqdan sonra yaranan artıq çəkiyə görə addımbaşı instagramda ona qarşı çevrilən kəskin tənqidlərdən danışıb:

“İnstaqramda mənim yaralı yerimdir də. Onu qaşıyıb qanadana qədər məni incidirlər. O yeri, o nöqtəni o qədər vururlar ki. Ay nə bilim köksən, gombulsan. Bildik də... Neyniyim ey. Buyam da. Mənim heç kimlə problemim yoxdur. Amma görünür ki, kimlərisə narahat edirəm. Hamı bilir ki, mən yeddi ay öncə ana olmuşam”.

"Səidə Sultanı nə vaxtsa aparıcısı olduğunuz verilişə qonaq kimi dəvət edəcəksinizmi" sualına isə sənətçi bu cür cavab verib:

“Hər şey ola bilər. Mən peşəkaram. Heç vaxt imkan vermərəm ki, mənim şəxsi münasibətlərim işimə əks olunsun. Əgər sabah o, mənə lazım olarsa, əmin olun ki, işimə xələl gətirməmək üçün mən onu dəvət edərəm. Çünki mən peşəkaram”.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Bağla X