12:48
(077) 610-22-33

Abbas Bağırovu Türkiyədə yol polisləri saxlayıb - VIDEO

  • >
741 1 Fevral 2013 10:11 | Şou-biznes

Əməkdar artist Abbas Bağırovun Türkiyədə həbs olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirməkdən çəkinir.




AzNews.az-ın məlumatına görə, bu məsələylə bağlı "ATV" telekanalında yayımlanan "Onlar" verilişində süjet hazırlanaraq A.Bağırovun Türkiyədə həbs olunmasına aydınlıq gətirməyə çalışıb, amma müğənni ilə telefon bağlantısı zamanı zənglər cavabsız qalıb.

Məsələylə bağlı Abbas Bağırovla bir neçə zəng etsək də, eynilə, cavabsız zənglər...

Amma onu qeyd edək ki, şəkillərdən göründüyü kimi Abbas Bağırovu saxlayan yol polisləridir. Burada iddia oluna bilər ki, müğənni ya Türkiyədə avtomobil idarə edərkən sürət həddini aşıb, ya sənədlərində problem yaranıb və yaxud da başqa səbəblər göstərilə bilər.

Mövzuya qayıdacağıq.

Fuad Mədətov
AzNews.az


Bağla X