- Köhnə - Şou-biznes
- 1 Fevral 2013 15:42
- 2 245
Nadirə sərt ittiham: “Kişi də ağlayar, ayıb deyil?”
Müğənninin "mən ölümdən qorxuram. Əgər, ölməsəm Qarbağda oxuyaram" sözü təbib, loğman İsmayıl Vəliyevi özündən çıxarıb. Loğman AzNews.az-a açıqlamasında N.Qafarzadəni qorxaq adlandırdı: "Nadir Qafarzadə efirdə özünü öldürmək istədiyini, ölümdən qorxduğunu açıqladı. Niyə qorxur? Gəlsin onu müalicə edək, pəhləvana döndərək. İkinci bir Nadir Qafarzadə doğulsun. Çıxıb efirdə "öləcəm" deyə ağlayır. Kişi də ağlayar, ayıb deyil? Qarabağda oxumurlar. İlk öncə onu geri almaq lazımdır. Qarabağı sevən oğlan qorxmamalıdır, ölümün gözünə dik baxmalıdır. Qarabağ uğrunda gör nə qədər oğlan ölüb. Şəhidlər niyə qorxmadı, ölümün gözünə dik baxdılar".
Bahar Rüstəmli
AzNews.az