Flora Kərimova ilə ən gözəl duet oxuyan mənəm Flora Kərimova ilə ən gözəl duet oxuyan mənəm

Flora Kərimova yeni duet hazırlayır

Flora Kərimova ilə ən gözəl duet oxuyan mənəm



Gənc müğənni Rövşən Civişov yaradıcılığında mühüm rol oynayan xalq artisti Flora Kərimovaya ilə növbəti duetini təqdim edib. Müğənni AzNews.az-a açıqlamasında bildirib ki, Flora Kərimova ilə musiqisi və sözləri Gövhər Həsənzadəyə məxsus olan "Sevirəm səni" adlı mahnısını ifa ediblər.

"Flora xanımla birgə ifa edəcəyimiz duet tamaşaçıların istəyi idi. Sənətkarımızla bir çox müğənnilər mahnı oxuyub. Amma ən uğurlusu mənəm. Bütün məsuliyyəti ilə deyirəm, Flora Kərimova ilə ən gözəl duet oxuyan mənəm!

Hal-hazırda mahnı üzərində məşqlər gedir. Yaxın günlərdə mahnının gözəl bir təqdimatı da keçiriləcək".


Qeyd edək ki, bundan əvvəl R.Civişovla F.Kərimova "Daha məndə dözüm yox" adlı mahnını ifa ediblər.

Fuad Mədətov
AzNews.az