Cütlüyün dueti “Eurovision” tarixində ilkdir Cütlüyün dueti “Eurovision” tarixində ilkdir

Dima Bilanla Nigar Camalın klipi təqdim olundu – VİDEO

Cütlüyün dueti “Eurovision” tarixində ilkdir



"Eurovision-2012" mahnı müsabiqəsinin qaliblərindən biri olan, müğənni Nigar Camal, "Eurovision-2008"in qalibi, Rusiyanın məşhur müğənnisi Dima Bilan ilə ifa etdiyi duet mahnıya çəkilən klip təqdim olunub.

AzNews.az-ın məlumatına görə, Dima Bilanla Nigar Camalın ifa etdikləri "Obnimi menya" ("Qucaqla məni") adlı mahnıya çəkilən klip "Youtube"un tanınmış Rusiya kanalı "ELLO"da yayımlanıb.

Məlumat üçün bildirək ki, "Eurovision" mahnı müsabiqəsinin müxtəlif illərdə qalibi olan ifaçıların klipinin təqdimatı 2012-ci ildə Bakıda "Eurovision"un keçirildiyi zaman keçirilib.

Onu da qeyd edək ki, "Eurovision" mahnı müsabiqəsinin tarixində ilk dəfədir ki, müxtəlif illərdə bu mahnı müsabiqəsinin qalibi olmuş ifaçılar bir yerdə duet ifa edirlər. Dima Bilanla Nigar Camalın duetinin rus versiyasının təqdimatı 2012-ci ilin yayında "Novaya volna" yarışması zamanı keçirilib.

Fuad Mədətov
AzNews.az