Avropa Yayım Birliyi Rusiyanın “Eurovision 2017”də iştirakına nail olmağa çalışır. Avropa Yayım Birliyi Rusiyanın “Eurovision 2017”də iştirakına nail olmağa çalışır.

Avropa Rusiyanın “Eurovision 2017”də iştirakına kömək edəcək

Avropa Yayım Birliyi Rusiyanın “Eurovision 2017”də iştirakına nail olmağa çalışır.

AzNews.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Tagesspiegel” nəşrinə müsahibə verən “Eurovision” təşkilat komitəsinin rəhbəri Frank Diter Frayling məlumat verib. Onun sözlərinə görə, Birlik hələ ki rusiyalı müğənni Yuliya Samoylovanın müsabiqədə iştirakına dair Ukraynanın yekun qərarını əldə etməyib:

“Bizdə Ukrayna hökumətinin bu məsələyə dair rəsmi bildirişi yoxdur. Ukrayna prezidenti və ya Baş naziri öz qərarı ilə Ukrayna Təhlükəsizlik Xidmətinin qərarını ləğv edə bilərdilər”.

Ötən həftə Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın bu il musabiqədə iştirak etmək üçün seçdiyi Yuliya Samoylovanın ölkəyə girişinə qadağa qoyub. Belə bir qərarın qəbul edilməsinə səbəb 2015-ci ilin yayında müğənninin Krıma səfər edərək musiqi festivalında iştirak etməsi olub.

Qeyd edək ki, Avropa Yayım Birliyi Rusiya iştirakçısının Moskvada studiyada çıxış edərək birbaşa yayım vasitəsilə müsabiqəyə qatılmasını təklif etsə də, Rusiya bundan imtina edib.

Aydan