Əməkdar artist Firuzə İbadova həmkarı Cavanşir Məmmədovun “onunla sevgili də olmuşuq” fikirinə aydınlıq gətirib. Əməkdar artist Firuzə İbadova həmkarı Cavanşir Məmmədovun “onunla sevgili də olmuşuq” fikirinə aydınlıq gətirib.

Firuzə İbadova həmkarı ilə olan sevgisindən danışdı- “Bəyəm mənim ərə gedən vaxtımdır?!”

Əməkdar artist Firuzə İbadova həmkarı Cavanşir Məmmədovun “onunla sevgili də olmuşuq” fikirinə aydınlıq gətirib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, Cavanşir Məmmədov sevgili deyəndə qadın-kişi münasibətini nəzərdə tutmayıb: “Söhbət ana-bala, dost sevgisində gedir. Ayıb deyil, bizim hər ikimizin ailəmiz var. Ailələrimizin bir-birinə böyük hörməti, isti münasibəti olub. O, deyib ki, “mən onu çox istəyirəm.” Başqa mənada nə sevgi ola bilər ki? Nəsibə Zeynalova demişkən, bəyəm mənim ərə gedən vaxtımdır? Heç cavan vaxtı belə şey olmayıb, o qala bu yaşda. Mənim onun şəxsiyyətinə böyük hörmətim var. Ailəcanlı, nümünəvi ailə başçısıdır. O, yazıq nə deyib bəyəm?”

Firuzə İbadova bu kimi məsələlərdə psixologiyanın düzgün olmadığını qeyd edib: “Sənətə, vətənə, dosta olan sevgini qoyuruq, amma başqa bir tərəfdə nəsə axtarırıq. Bu düzgün deyil.”

Əməkdar artist Cavanşir Məmmədov həmkarı Firuzə İbadova ilə sevgili olduğunu açıqlayıb:O, yazıq adamdır, amma həm də böyük adamdır. Firuzə xanım həqiqətən də peşəkar sənətçi və yaxşı dostdur. Mən ona həm yaxın dost, həm də qardaş olmuşam. Onunla sevgili də olmuşuq. Ümumiyyətlə vətənə, dosta, qohuma da sevgi bəsləmək gərəkdir”-deyə bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az