“Bu dəqiqə dava düşsə, məni döyərlər” “Bu dəqiqə dava düşsə, məni döyərlər”

“Deyirdilər ki, sənin pulun bizə lazım deyil” - Məşhur müğənni

“Bu dəqiqə dava düşsə, məni döyərlər”

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Üzeyir Mehdizadə maraqlı açıqlamalar verib.

O ilk olaraq bildirib ki, ailəsində musiqiçi olmayıb:

"Ailəmizdə musiqiçi olmayıb. Atam dəfələrlə məni müxtəlif idman növlərinə yazdırıb. Amma mən qaçmışam, getməmişəm. Müğənniliyə həvəsim var idi. Onun arxasınca getdim. Amma idmanla da məşğul olmuşam. Boksa bir müddət getdim. Uşaq vaxtı təbii ki, indi əsər-əlamət qalmayıb. Bu dəqiqə dava düşsə, məni döyərlər. Atam məni musiqidən çıxartmaq istəyirdi. Sonunda gördü ki, alınmır, məni fortepionaya yazdırdı".

İfaçı qazandığı ilk pulu necə xərcləməsindən də danışıb:

"12 yaşımdan bu işlə məşğulam. 14-15 yaşım olanda bir restoranda işləyirdim. Fuad İbrahimovla orada tanış olduq. Mənə dedi ki, studiyaya get, özünü sına. Özün yazıb, özün oxuyursan əziyyətini heyf eləmə. Məni studiyaya apardı. Qazandığım pulu evə gətirirdim, amma heç kim o pula dəymirdi. Deyirdilər ki, sənin pulun bizə lazım deyil, arada istirahət elə".

AzNews.az